AccessBank tender elan edir

16:20 - 3.08.2020


3 avqust, Fineko/abc.az.  "AccessBank" "Oracle Database Standard Edition" üzrə illik abunə dəstəyi üçün tender elan edir

 "AccessBank" maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Tender "Oracle Database Standard Edition" üzrə illik abunə dəstəyi üçün elan olunub.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.

Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 7 avqust 2020-ci il tarixində, saat  18:00-da başa çatır.

 

Вся лента