Hökumət həftələrdir bu məsələni müzakirə edir - Detallar

11:51 - 8.08.2020


8 avqust, Fineko/abc.az.  Məktəblərin açılması ilə bağlı hökumət həftələrdir müzakirə aparır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

 O qeyd edib ki, hökumət dünya təcrübəsinə də nəzər salır: "Hazır bir resept yoxdur. Bu sahədə vəziyyət çox ciddi və dinamikdir. Çünki bugünkü statistikaya görə qərar veririk, növbəti həftə yoluxma sayı arta bilir. Buna görə də tədrislə bağlı bir neçə qrup ən xırdalıqlara kimi müzakirələr aparır. Gələn həftə brifinqdə tədrislə bağlı bütün suallara cavab veriləcək". 

 

Müəllif: Elmir Murad

Вся лента