Bu gün bir sıra rayon və şəhərlərdə su kəsiləcək

10:52 - 25.08.2020


25 avqust, Fineko/abc.az. Bu gün Şirvan,  Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən bildirilib.

Bildirilir ki, buna səbəb Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

 

Вся лента