Rüşvətə görə həbs edilən vəzifəli şəxsinin həbs müddəti uzadıldı

11:53 - 25.08.2020


25 avqust, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan vəzifəli şəxsi Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

ABC.AZ xəbər verir ki, hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və həbs müddəti uzadılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və Pərviz İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Вся лента