Sahibkarlara 6 milyon manatdan çox pul niyə verilib? – Açıqlama

16:40 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Bu ilin səkkiz ayında 80 sahibkarlıq subyektinə 6 milyon 308 min manat ixrac təşviqi geri ödənilib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyalarln Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev mətbuat konfransında deyib.

O qeyd edib ki, ixrac olunan məhsulların dəyəri 111 milyon 170 min dollar olub.

2016-2020-ci illərdə ödənilən ixrac təşviqinin məbləği 23 milyon 261 min manat təşkil edib.

 

Вся лента