Yeni yol tikintisinə 16,4 milyon manat ayrılıb – Prezidentdən Sərəncam

14:21 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamda deyilir ki, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

Вся лента