Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq – Azərbaycanın təşəbbüsü ilə

15:18 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Türkiyənin aparıcı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, Türk Dövlətlərinin Turizm Təşkilatının əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi və eləcə də bu potensialın dünyaya yayılmasıdır.

Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.

 

Вся лента