Turizm Assosiasiyası dünyaya açılır - 25 ölkədə nümayəndəliyi olacaq

12:28 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA) dünyanın 25 ölkəsində öz nümayəndəliklərinin fəaliyyətə başlaması haqqında qərar qəbul edib.

AZTA-dan ABC.AZ-a daxil olan məlumata görə, nümayəndəliklər dünyanın müxtəlif ölkələrindəki turizm əlaqələrinin daha da genişləndirilməsi funksiyasını həyata keçirəcək.

Həmçinin Azərbaycanın turizm potensialını həmin ölkələrdə təbliğ və təşviqini həyata keçirməklə gələcəkdə Azərbaycana daha çox turist cəlb etmək və gəlmə turizmini inkişaf etdirmək üçün səmərəli fəaliyyət təşkil olunacaq. Müəllif: Elmir Murad

 

Вся лента