Balaxanı kəndinə mənim xüsusi diqqətim var – İlham Əliyev

15:43 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

ABC.AZ xəbər verir ki, tanışlıqdan sonra ölkə başçısı sakinlərlə görüşüb.

Dövlət başçısı Balaxanı kəndinin yeni dövrünün başladğını qeyd edib və bu münasibətlə sakinləri təbrik edib: "Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi”.

 

Вся лента