Balaxanıda hələ görüləsi işlər çoxdur – İlham Əliyev

16:10 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az “Bu, işlərin birinci mərhələsidir. Ancaq hələ görüləsi işlər çoxdur və bunları da biz tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda – ölkəmizin qədim yaşayış məskənində insanlar rahat, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun".

ABC.AZ-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanışlıqdan sonra sakinlərlə söhbətdə deyib.

Dövlət başçısı sözlərinə belə davam edib: "Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi, o cümlədən qum hamamı, digər abidələr - XIV əsrdə, sovet vaxtında tikilmiş abidələr, onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var, çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər”.

 

Вся лента