Nazirlik bu mağazaları cərimələdi – Adlar və Siyahı

16:54 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Sentyabrın 21-22-də İqtisadiyyat nazirliyi monitorinqlər keçirib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, monitorinqlər zamanı Binəqədi rayonunda “Ucuzluq univermaq”da, “Sabit market”də, “Ərəzin restoranı”nda, “Line lahmacun kafesi”ndə, “Bir ləzzət kafesi”ndə, "Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda “Buta market”də, “Kaspian market”də, “RV Baku geyim mağazası”nda, “Sizin market”də, “Evqur xırdavat” mağazasında, “4 yol market”də, “Bol market”də, Qaradağ rayonunda “Soliton” mağazasında, “Old Baku kafe”də, “Sahil kafe”də, Umud Sadıqova məxsus “Dəftərxana və ofis ləvazimatları mağazası”nda, Xətai rayonunda “Restoran Olivium”da, Sabunçu rayonunda “Al market”də, “Oba market”də, “Asim market”də, “Fantaziya şirniyyat sexi”ndə, “Kafe Emin"də, “N1 kafe”də, “Üzümlü kafe”də, Suraxanı rayonunda “Güllücə ərzaq mağazası”nda, “Halal süfrə” iaşə obyektində, “Kafe-Elit”də, “Tumurcuq kafe”də, Yasamal rayonunda “MM market”də, “Ruzi market”də, “Fuad market”də, “Ləvəngi restoranı”nda ümumilikdə 225 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Müəllif: Elmir Murad

 

Вся лента