Bağlanmış bankların əmanətçilərinə ödənişlər davam edir – Yarım milyardmanatdan çox kompensasiya verilib

11:49 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Sentyabrın 29-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 757 əmanətçiyə 537 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 29-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 192,55 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4112 əmanətçiyə 78,9 milyon manat, "NBC Bank" üzrə isə 3926 əmanətçiyə 113,65 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən sentyabrın 29-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 344,55 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5567 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 132,27 milyon manat, "Ata Bank" üzrə 9152 əmanətçiyə isə 212,27 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента