Prezident Cəbrayılın işğaldan azad edilən kəndlərini qeyd etdi

20:31 - 4.10.2020


4 oktyabr, Fineko/abc.az.   Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb:

"Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"

Qeyd edək ki, bundan başqa, Cəbrayıl şəhəri də erməni işğalından azad edilib.

 


Вся лента