Ordumuzu “Mobil Şöbə” əlavəsi ilə dəstəkləyə bilərsiniz!

12:13 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az.   Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə igidliklə döyüşən cəsur əsgərlərimizə dəstək olmaq məqsədilə xalqımız Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməyə davam edir.

Xalqımızın bu gözəl təşəbbüsünü dəstəkləyən Bank Respublika, operativ olaraq “Mobil Şöbə” əlavəsində yeni imkan yaradıb. Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri, əlavədə yaradılan yeni bölməyə daxil olaraq istənilən məbləği bir toxunuşla Silahlı Qüvvələrə Yardım Fonduna köçürə biləcəklər. Köçürməni bank hesabı və ya istənilən yerli bankın kartı ilə etmək mümkündür.

Qeyd edək ki, “Bank Respublika”da Silahlı Qüvvələrə Yardım Fonduna istər vətəndaşlar, istərsə də müəssisələr tərəfindən edilən bütün ianə və köçürmələri komissiyasız və məhdudiyyətsiz həyata keçirilir.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Вся лента