15:27 - 6.10.2020
6 oktyabr, Fineko/abc.az. Bu ilin iyunun 16-dan oktyabrın 5-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 193,9 mln. manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalaması Fondundan (ADIF) ABC.AZ-a daxil olan məlumata görə, "AGBank" üzrə 4 178 əmanətçiyə 79,87 mln. manat, "NBCBank" üzrə isə 3 959 əmanətçiyə 114,04 mln. manat kompensasiya verilib. İyunun 1-dən oktyabrın 5-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 345,91 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 581 əmanətçiyə ödənilən məbləğ 132,60 mln. manat, "Atabank" üzrə isə 9 208 əmanətçiyə 213,30 mln. manat kompensasiya verilib. Ümumilikdə, oktyabrın 5-nə ləğv prosesində olan 4 bank üzrə 22 926 əmanətçiyə 539,83 mln. manatdan çox kompensasiya ödənilib.
Müəllif: Elmir Murad
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024