Altı şəhər və dörd rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılır - Siyahı

19:54 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Nazirlər Kabinetinin bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair qərarında dəyişiklik edilib. ABC.AZ-ın məlumatına görə, dəyişikliklə Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Müəllif: Elmir Murad
Вся лента