İctimai nəqliyyatın hərəkəti dayandırılan şəhər və rayonlar - Siyahı

11:06 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Nazirlər Kabinetində koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində bir sıra şəhər və rayonda ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə qərar qəbul edilib.

ABC.AZ xəbər verir ki, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-a qədər, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-a qədər və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qalan günlərdə ictimai nəqliyyatın hərəkətinə ciddi nəzarət ediləcək.

 

Вся лента