Mehmanxanaların gəlirləri 70 faizdən çox azalıb – Doqquz ayın hesabatı

15:38 - 27.10.2020


27 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 71,6% azalaraq 94,9 mln. manat olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabata istinadən xəbər verir  ki, onun da 58,9%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,6%-i ictimai iaşə xidmətlərindən, 2,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2020-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7% səviyyəsində olub.

Bu göstərici Beyləqanda 24%, Naftalanda 17,3%, Qəbələdə 13,3%, Şabranda 12,1%, Qubada 11,2%, Bakıda 10%, Biləsuvarda 9,7%, Qusarda 9,6%, Göyçayda 9,3%, Sabirabadda 8,9%, Şəmkirdə 8,9%, Lənkəranda 7,8%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

 

Вся лента