Naxçıvanda istehalı artan sahələr – Siyahı

10:58 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-sentyabr aylarında  Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2 milyard 101 milyon 254 min manat olub.

ABC.AZ xəbər verir ki, bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 4564 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57 faiz təşkil edib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,9 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, informasiya və rabitə xidmətləri 4,6 faiz artıb.

Müəllif: Elmir Murad

 

Вся лента