Naxçıvanda sahibkarlara verilən kreditlər artıb – 83 faizə yaxın

12:18 - 28.10.2020


28 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara verilmiş kreditlərin həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Naxçıvanda sahibkarlara 37 mln 167 min 500 manat kredit verilib.

Müqayisə üçün qeyd edək ki, bu, bir il öncəki göstəricidən 1,678 milyon manat və ya 82,3% çoxdur.

Müəllif: Elmir Murad

 

Вся лента