Azərbaycan Turizm Assosiasiyası turizm şirkətləri üçün güzəştli şərtlərin yaradılması haqqında səfirliklərlə danışıqlar aparır

13:09 - 9.02.2018


9 fevral, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AzTa) ölkədə fəaliyyət göstərən səfirlik və konsulluqlarla danışıqlar aparır.

AzTa-nın İdarə Heyətinin üzvü Göydəniz Qəhrəmanov bildirib ki, danışıqlar, turizm şirkətləri üçün güzəştli şərtlərin yaradılması məqsədi ilə aparılır.

“Xüsusilə, Assosiasiya üzvləri üçün vizaların rəsmiləşdirilməsi zamanı güzəştli şərtlərin yaradılmasına dair danışıqlar aparılır. Belə danışıqlar artıq həyata keçirilmişdir və Misir, Bolqarıstan və Macarıstan səfirlikləri ilə ilkin müqavilələr əldə edilmişdir”, - deyə G.Qəhrəmanov bildirib.

 

 

Вся лента