Bu halda ictimai nəqliyyatda əlavə məhdudiyyətlər ola bilər – Detallar

17:15 - 3.11.2020


3 noyabr, Fineko/abc.az. Vətəndaşlar koronavirus infeksiyasına laqeyd yanaşmamalı, daha artıq sosial məsuliyyət nümayiş etdirməlidir.

İnsanların sıx toplaşdığı məkanlarda, o cümlədən dayanacaqlarda və avtobuslarda mütləq qaydada qoruyucu tibbi maskadan istifadə olunmalıdır.

Bu zaman maskadan düzgün istifadə qaydalarına diqqət olunması olduqca vacibdir.

ABC.AZ xəbər verir ki, bu Bakı Nəqliyyat Agentliyinin vətəndaşlara müraciətində qeyd olunub.

"Təəssüflə bildiririk ki, son vaxtlar sərnişinlər arasında tibbi maskadan istifadə olunmaması və ya düzgün istifadə olunmaması halları çoxalıb. Sərnişinlərdən xahiş edirik ki, dayanacaqlardakı nəzarətçilərin, sürücülərin və dispetçerlərin maskadan istifadə ilə bağlı tələbinə anlayış göstərərək qaydalara əməl etsinlər. Əks halda epidemiloji vəziyyət daha da pisləşə bilər ki, nəticədə ictimai nəqliyyatda əlavə məhdudiyyətlərin tətbiqi istisna edilmir".

 

Вся лента