15:41 - 4.11.2020
4 noyabr, Fineko/abc.az. Aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilib.
Dövlət Təhlükəsizliyi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb.
"Qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycanın qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub. Aşkar edilmiş faktlar üzrə DTX-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır" deyə açıqlanan məlumatda qeyd edilib.
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
15 Апрель 2024
16 Апрель 2024