MN: Ermənistan dövlət sərhədində atəşkəsi pozub

08:45 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Bu barədə ABC.AZ Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
Вся лента