Bu şirkət İTV-nin nəqliyyat vasitələrini sığortalayacaq – Qalib elan olundu

12:16 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, İTV bir müddət əvvəl nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası ilə bağlı açıq tender elan etmişdi. Tenderdə “Atəşgah Sığorta" ASC qalib edilib. Qalib şirkətə 6 376 manat ödəniləcək.

Müəllif: Elmir Murad

 

Вся лента