Azərbaycan məhsulları Çində - 20 şirkətimiz sərgiyə qatılıb

15:09 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi açılıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, sərgidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkəti iştirak edir.

Sərgidə Azərbaycanın nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.

Müəllif: Elmir Murad

 

Вся лента