Əmanətçilərə verilməli olan kompensasiyların 84,2%-i ödənilib – Hesabat

11:16 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Bu ilin iyunun 16-dan noyabrın 10-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 206,76 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan ABC.AZ-a verilən məlumata görə, "AGBank" üzrə 4 404 əmanətçiyə 88,80 mln. manat, "NBCBank" üzrə isə 4 068 əmanətçiyə 117,96 mln. manat kompensasiya verilib.

İyunun 1-dən noyabrın 6-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 362,41 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 675 əmanətçiyə ödənilən məbləğ 137,43 mln. manat, "Atabank" üzrə isə 9 577 əmanətçiyə 224,97 mln. manat kompensasiya verilib.

Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, noyabrın 10-na 23 724 əmanətçiyə bu məbləğin 569,18 mln. manatdan çoxu artıq ödənilib.

Beləliklə, kompensasiya ödənişlərinin 84,2%-i təmin olunub.

 

Вся лента