Korona bir gündə 45 nəfərin həyatına son qoydu – Gürcüstanda vəziyyət kritikdir

11:32 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Gürcüstanda son sutkada daha 2 911 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı 2 421 nəfər sağalıb, 45 pasiyent isə vəfat edib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 66 561-ə çatıb.

Yoluxan şəxslərin 49 811-i sağalıb, 566-sı isə dünyasını dəyişib.

Müəllif: Elmir Murad

 

Вся лента