Ermənistanda bir gündə 27 nəfər öldü – COVİD 19 sürətlə yayılır

12:04 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Ermənistanda koronavirusla bağlı vəziyyət daha da kritikləşib.

ABC.AZ-ın məlumatına görə, son sutka ərzində adıçəkilən ölkədə daha 1861 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 110 min 548 nəfərə çatıb.

Daha 27 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1609-a çatıb.

Müəllif: Elmir Murad

 

Вся лента