14:56 - 14.02.2018
14 fevral, Fineko/abc.az. ESET şirkəti 2018-ci ilin yanvar ayı üzrə Azərbaycanda zərərverici proqram təminatlarının aktivliyi haqqında ESET LiveGrid bulud sisteminin köməyi ilə hesabatını təqdim edir.
Yanvar ayında ESET mütəxəssisləri kiber cəsusluq fəaliyyəti ilə tanınan Turla qrupu tərəfindən tətbiq edilən kompyuterlərin yeni yoluxdurma üsulunu aşkar etmişdir. Xakerlər öz bekdoru və Adobe Flash Player proqram yükləyicini paketə birləşdirərək onu post-sovet məkanının ölkələrinin səfirlik və konsulluq işçi heyətini hədəfləyən hücumlarında tətbiq etmişdirlər.
Azərbaycan üzrə kiber təhdidlərin reytinqinə, istifadəçinin xəbəri olmadan kriptovalyuta hasilatını həyata keçirən məşhurlaşmış brauzer mayneri JS/ CoinMiner başçılıq edir. Mayninq skriptləri zərərverici sayt və ya xakerlərlərin ələ keçirtiyi digər səhifə və saytlarda yerləşdirilir. Win32/CoinMiner və Win64/CoinMiner kimi istifadəçinin xəbəri olmadan kriptovalyuta hasilatını həyata keçirən brauzer maynerləri həmçinin reytinqdə yüksək mövqelərini qoruyub saxlayır.
Qlobal təhdidlərin siyahısına həmçinin JS/CoinMiner başçılıq edir. SMB/Exploit.DoublePulsar dinamikasına görə üstünlüyünü qoruyur. Həmin proqramın Win32/Exploit. CVE-2017-0147.A troyan proqramı və Win32/Filecoder.WannaCryptor şifrəçi proqramının sistemdə tətbiqi üzrə çox saylı cəhdlərinin ESET antivirus məhsulları vasitəsilə uğurla qarşısı alınıb.
Yanvar ayı ərzində Azərbaycandakı ESET NOD32 isitfadəçilərinin 9,5 %-i kompyuterlərinin zərərverici PT tərəfindən yoluxması cəhdlərinin hədəfi olub.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024