Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər açılır – Qiymətlər

15:39 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, "Buta Airways" tərəfindən uçuşlar həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək.

Hələki aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". "Standart" tarifi 55 avrodan başlayacaq.

Bu tarifə əsasən, çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.

75 avrodan başlayacaq "Super" tarifinə isə çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir.

Вся лента