Bağlanmış bankların əmanətçilərinə 579 milyon manatadək kompensasiya ödənilib – Proses davam edir

16:25 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Noyabrın 13-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 770 əmanətçiyə 579 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 13-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 208,71 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4428 əmanətçiyə 90,1 milyon manat, "NBC Bank" üzrə isə 4073 əmanətçiyə 118,61 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən noyabrın 13-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 370 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5678 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,44 milyon manat, "Ata Bank" üzrə 9591 əmanətçiyə isə 232,57 milyon manat təşkil edib.

 

Вся лента