23 min 781 əmanətçiyə kompensasiya ödənildi – Böyük məbləğ

12:22 - 17.11.2020


17 noyabr, Fineko/abc.az. Noyabrın 16-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 781 əmanətçiyə 580 milyon manatadək kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 16-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 208,78 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4436 əmanətçiyə 90,14 milyon manat, "NBC Bank" üzrə isə 4074 əmanətçiyə 118,63 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 16-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 370,54 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5679 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,95 milyon manat, "Ata Bank" üzrə 9592 əmanətçiyə isə 232,59 milyon manat təşkil edib.

 

Вся лента