Nazirlik 2 milyon manata yaxın məbləğdə avtomobillər alır

10:45 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, DSMF Avtomobillərin satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təkliflərini qiymətləndirib.

Açıq tenderin qalibi "SUBARU AZƏRBAYCAN" MMC olub. Fond proseduru həyata keçirmək üşün qalib şirkətə 1 milyon 818 min manat ödəyəcək.

 

Вся лента