Azərbaycan xaricə maska satacaq - Açıqlama

16:20 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. İsveçrədə tibbi maskaların gigiyenik və tam olaraq steril olmasını sübüt edən sertifikat almaq üçün müraciət etmişik.

Biz bununla əlaqədar birinci mərhələdən keçmişik, artıq ikinci mərhələdəyik. Qarşı tərəf bildirir ki, tibbi maskanın özündə heç bir problem aşkarlanmayıb. Hazırda isə qablaşdırma prosesinə baxış keçirilir. Yaxın günlərdə biz beynəlxalq sertifikat əldə edəcəyik. Bu sertifikat bizim xaricə məhsulumuzu satmağa imkan verəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Bakı Tekstil Fabriki” MMC-nin  rəhbəri Səkinə Babayeva bildirib.

O qeyd edib ki, ixracla bağlı müəssisəmizə müraciət edən ölkələr də var. Beynəlxalq sertifikatı aldıqdan sonra ixraca başlayacağıq.

 

Вся лента