Bank VTB kuryer xidmətləri axtarır - Tender

11:25 - 27.11.2020


27 noyabr, Fineko/abc.az.  Bank VTB (Azərbaycan)  ASC-nin  Azərbaycan Respublikasının ərazisində kuryer xidmətlərin təqdim  edilməsi ilə əlaqədar  tender  elan edir.

Bu barədə ABC.AZ-a bankdan məlumat verilib.

Qeyd olunur ki, tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə.

Tender təklifləri 03.12.2020 -cı il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı  şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.  

 

Bank VTB (Azərbaycan) ASC-nin  Müsabiqə Tender Komitəsi.

 

Əlaqələndirici şəxs:

Nailə Əliyeva

Telefon: 012 492-00-80 (daxili nömrə 5514)

Faks 012 437-71-21

Mob.: 055 212-03-14

Вся лента