Daha bir qızıl yatağı istismara verildi – Foto

10:15 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. “AzerGold” QSC tərəfindən Regional Emal Sahəsinin yaradılmasının ilk addımı olaraq “Ağyoxuş” qızıl yatağı istismara verilib.

Şirkətdən ABC.AZ-a daxil olan məlumata görə, Daşkəsəndə yerləşən “Çovdar” Filiz Emalı Sahəsinin bazasında “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin yaradılması qərara alınıb. Hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi üzrə hasilat işlərinə başlanılır.

“Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq. "“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3” və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək" deyə Z.İbrahimov qeyd edib.

Müəllif: Elmir Murad

 


Вся лента