Yaşayış yerlərini tərk edən COVİD 19 xəstələri barədə araşdırma başlandı

10:53 - 30.11.2020


30 noyabr, Fineko/abc.az. Astara və Masallıda “COVID-19” infeksiyasına yoluxmuş daha 3 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, Astara rayonunun Süparibağ kənd sakini N.Babayev və Pəlikeş kənd sakini V.Qüdrətova, Masallı rayonunun Mahmudavar kənd sakini B.Rəhimova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.

 

Вся лента