Ərzaq qiymətləri 4 faizə yaxın bahalaşıb – Proses 6 aydır davam edir

14:55 - 4.12.2020


4 dekabr, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının aylıq açıqladığı Qida Qiyməti İndeksi noyabrda 3,9% yüksələrək 105 bənd olaraq reallaşıb.

ABC.AZ xəbər verir ki, təşkilat ərzaq qiymətlərinin 6 aydır fasiləsiz yüksəldiyini açıqlayıb.

Təşkilat bu rəqəmin 2014-cü ildən bu yana görülən ən yüksək qiymət olduğunu qeyd edib.

"Şəkər Qiyməti İndeksi mənfi hava şərtlərinin Avropa Birliyi, Tayland və Rusiya Federasiyasında məhsul gözləntilərini zəiflətməsi səbəbilə artım meylindədir. Avropanın artan pendir, süd və kərəyağı tələbləri səbəbilə Süd Məhsulları İndeksi də artmaqdadır" deyə təşkilatın məlumatında qeyd olunub.

 

Вся лента