Bakı Şəhər İcra Hakimiyyəti toxum alınmasına böyük məbləğ xərcləyəcək

15:40 - 4.12.2020


4 dekabr, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, İcra Hakimiyyəti paytaxtda yaşıllıq sahələrinə lazım olan əkin materialları, toxumlar, gübrə və dərman preparatlarının satın alınması açıq tenderinin qalibi kimi fiziki şəxs - Arzu Bəhlul qızı İsmayılovu seçib. İcra Hakimiyyəti qalib şəxsə 930 min manat ödəyəcək.

Müəllif: Elmir Murad

Вся лента