330x110
 

Yeni il ərəfəsində Bank Respublika-dan nağd kreditlər üzrə üçqat fayda

17.12.2020,12:16


17 dekabr, Fineko/abc.az.  Yeni il ərəfəsində hər birimiz müxtəlif planlar qurub, ürəyimizdə arzu tuturuq. İndi ən cəsarətli arzularınızı gerçəkləşdirmək və hədəflərinizə çatmaq daha asan olacaq. Belə ki, 17 dekabrdan etibarən bank "20 + 21" adlı nağd kredit kampaniyasına start verir! Kampaniya  çərçivəsində bankın müştəriləri yeni il planlarının həyata keçirmək üçün 3 faydalı təklif alacaqlar.

Kampaniya müddətində nağd kredit rəsmiləşdirən müştərilərə 3 aylıq güzəşt müddəti veriləcək və bu müddət ərzində yalnız hesablanmış faizlər ödəniləcək. Başqa sözlə, gələn ilin ilk 3 ayında kredit borcunun əsas hissəsini ödəmək qayğısı müştəriləri narahat etməyəcək.

Bununla yanaşı, bank bütün nağd kreditlər üzrə komissiyada 20% endirim edir ki, bu güzəşt Bank Respublika-da kredit üçün müraciət etməyi daha sərfəli edəcək.

Yeni il kampaniyası çərçivəsində üçüncü təklif isə, 3 aylıq güzəşt dövrü ərzində ödənilən faizlərin ümumi məbləğinin 21% -i həcmində keşbək şəklində geri qaytarılmasıdır. Bank Respublika-da nağd kredit üçün müraciət etməyin üstünlüklərindən biri də illik 15%-dən başlayan sərfəli faiz dərəcəsidir.

 “20 + 21” Yeni il təklifindən bankın rəsmi veb saytı, Facebook səhifəsi, habelə WhatsApp-da Chat-Bot xidməti üzərindən 051 4 144 144 nömrəsinə “Kredit” sözünü göndərməklə onlayn yararlana bilərsiniz.

Kampaniya 17 dekabr 2020 - 15 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Ключевые слова: Bank Respublika