Bağlanmış bankların əmanətçilərinə ödəniş davam edir – Məbləğ

16:29 - 17.12.2020


17 dekabr, Fineko/abc.az. Dekabrın 16-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 7 əmanətçiyə 613,89 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan dekabrın 16-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 234,26 milyon manat kompensasiya ödənilib.

"AG Bank" üzrə 4548 əmanətçiyə 108,97 milyon manat, "NBC Bank" üzrə isə 4133 əmanətçiyə 125,28 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən dekabrın 16-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 379,62 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5720 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 138,39 milyon manat, "Ata Bank" üzrə 9672 əmanətçiyə isə 241,23 milyon manat təşkil edib.

 

Вся лента