Rəy: İnternet təhlükələri və ekspertlərin məsləhəti

17:52 - 22.02.2018


Uşağınız saatlarla internetdə olur? Siz, tək deyilsiniz!

“ESET” antivirus şirkətinin sorğusuna əsasən, məktəblilərin 81%-i hər gün “onlayn”dır.

Valideynlərin sözlərinə əsasən, uşaqların 56%-i “hər gün internetdə oturur”. Onların orada yalnız faydalı və təhlükəsiz kontent görəcəklərinə təminat varmı?  Böyüklərin, Şəbəkə ilə tanışlıq prosesinə “əl ilə” nəzarət üçün hər zaman vaxtı və imkanı olmur.

Uşaqların internetdə rast gəldikləri əsas təhlükələr və onlardan qaçınmağın yolları haqqında danışaq.

 

Viruslar

 

Zərərverici proqramlar kompüteri sıradan çıxara və ya sizin onlayn-bankinq və ya internet pulqabılardan istifadə etdiyiniz halda, hüquq pozucularına ödəmə məlumatlarını ötürə bilər.

  • Uşağa, virusların nə olduğunu və  onların evdəki kompüter şəbəkəsinə necə düşə bilməsini danışın. Şübhəli linklərə keçid almamağı, mötəbər olmayan mənbələrdən oyun və filmlər yükləməməyi, böyüklərin icazəsi olmadan, proqramları işə salmamağı danışıb razılaşdırın.
  • Evdə olan qurğulara kompleks antivirus proqramını yükləyin: o, zərərverici Proqram Təminatından qorumaqla yanaşı,  fişinqin qarşısını alacaq, sizin şəbəkənizə cəsus proqramları buraxmayacaq.

 

Arzuolunmaz kontent

 

Şübhəli linkə keçid alaraq, uşaq,  böyüklər üçün nəzərdə tutulmuş videolara, qumar oyunlarının reklamına,  təcavüzə çağırışlara rast gələ bilər. Yetkin insan üçün bu kimi səhifələr təhlükə kəsb etmir, lakin uşaq psixoloji travma ala bilər.

 

  • Diqqətli olun: uşaq internetdə olduqdan sonra, onun əhval-ruhiyyəsinə və psixoloji durumuna fikir verin.
  • Uşağın istifadə etdiyi qurğulara uşaqlar üçün brauzer yükləyin.
  • Uşaq çox kiçikdirsə, internetə onunla birlikdə daxil olun.
  • Kompeks antivirus proqramının tərkibində “Valideyn nəzarəti” modulunu işə salın. O, uşağın, böyüklər üçün nəzərdə tutulmuş saytlara daxil olmasını məhdudlaşdıracaq və onun aktivliyinin statistikasını təqdim edəcək.

 

Kiberbullinq

 

Uşaqları internetdə təhqir edəndə, alçaldanda və ya onlara hədə-qorxu gələndə nə edəcəyimizi əksəriyyətimiz bilmirik. Hara müraciət edilməlidir? Uşağa necə kömək etmək olar? Təəssüf ki, belə bir problemlə biz özümüz uşaqlıqda qarşılaşmamışıq.

 

  • Ailədə inam abu-havasını yaradın: uşaq dərk etməlidir ki, siz onun tərəfindəsiniz – bunun sayəsində o, “şəbəkə” problemlərini sizinlə paylaşacaq.
  • Uşağın kim tərəfindən təhqir olunmasını aydınlaşdırmağa çalışın. Əgər bunu edən onun sinif yoldaşıdırsa, o zaman sinif rəhbərinə və ya onun valideynlərinə müraciət edin. Problemin həllini virtual müstəvidən reallığa keçirin.
  • Antivirus proqramının tərkibindəki “Antispam” funksiyasının köməyi ilə, arzuolunmaz əlaqələri bloklayın.

 

Şübhəli tanışlıqlar

 

İnternet, anonim və eyni zamanda,  canlı, həqiqi, cəlbedici qalmaq imkanı verir. Müasir uşaqlar dünyaya açıqdırlar, onlar sosial şəbəkələrdə həvəslə ünsiyyət qururlar. Təəssüflər olsun ki, onların dostuğuna pis niyyətli insanlar daxil ola bilər.

 

  • Uşağa izah edin ki, internetdə hər üzdə olana inanmaq olmaz. Fotoşəkillər, adlar və soyadlar, həvəslər və niyyətlər kimi də, saxta ola bilər.
  • Sosial şəbəkələrdə uşağınızın profilinin təhlükəsizlik kökləməlirənə baxın: real adları, ünvanı silin, kənar adamlardan fotoşəkilləri bağlayın, geolokasiyanı söndürün.

 

İnternetdə dələduzluq

 

Kompüter texnologiyalarından istifadə edərək insanın pulunu çəkmək yolları haqqında  kitab (həm də bir neçə kitab!) yazmaq olar. Təəssüflər olsun ki, uşaqlar sadəlövhdür və dələduzların tələsinə tez-tez düşürlər.

 

  • Uşaqlara, ən çox yayılmış internet-dələduzluqlar haqqında danışın (bu barədə məqalələri birlikdə oxuya bilərsiniz). Dələduzların qurbanlarının yalana uymalarının səbəblərini, başqa cür hərəkət etmək imkanını müzakirə edin.
  • Uşaqla danışıb razılığa gəlin ki, o, heç bir halda  sizin razılığınız olmadan, bank kartlarınızın ödəmə məlumatlarını və ya pasport bilgilərinizi heç kimə bildirməsin.
  • Onlayn-şoppinqə məhdudliyyətlər qoyun (məsələn, alışları yalnız sizin iştirakınızla etsin) və internet ödəmələri qoruyan  funksiyası olan kompleks antivirus yükləyin.
Вся лента