Nəhəng şirkət iflasla üz-üzədir - Böyük zərər edib

12:06 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. Məlum olduğu kimi pandemiya səbəbindən bir sıra nəhəng şirkətlər maliyyə böhranı ilə üzləşib.

ABC.AZ-ın məlumatına görə, bu sıraya ABŞ-ın böyük hava nəqliyyatı şirkətlərindən olan “United Airlines” da daxil olub.

Belə ki, şirkət koronavirus pandemiyasının təsiri ilə ötən il 7,1 milyard dollar zərərə uğradığını açıqlayıb. Ötən ilin son rübündəki zərər isə 1,9 milyard dollardır.

Qeyd edək ki, 2019-cu ildə şirkət 10,9 milyard dollar qazanc əldə etmişdi.

Müəllif: Elmir Murad

Вся лента