Azərbaycanda yeni dronlar istehsal olunacaq

15:43 - 21.01.2021


21 yanvar, Fineko/abc.az. AMEA Yüksək Texnologiyalar Parkının rezidentlərindən olan şirkətlərdən biri tərəfindən daha bir innovativ layihəyə start verilir.

ABC.AZ-ın məlumatına görə, şirkət dron istehsal edəcək.

Artıq bunun üçün hazırlıq işləri görülür. Sözügedən dronlardan işğaldan azad olunmuş əraziləridə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqində istifadə olunacaq.

Həmçinin,  bu dronlar vasitəsi ilə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqi aparılacaq.

Müəllif: Elmir Murad

Вся лента