Bu rüsum azaldılacaq – Təklif

15:38 - 22.01.2021


22 yanvar, Fineko/abc.az.  Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarının azaldılması təklif edilir.

ABC.AZ xəbər verir ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manat olan sözügedən sənədin 1,5 manat müəyyən edilməsi təklif olunur.

Bunun üçün “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilir. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Müəllif: Elmir Murad

Вся лента