2025-ci ilin sonunadək qeyri-neft ixracı artırılmalıdır – Yeni srategiya hazırlanır

14:15 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Milli İxrac Strategiyası hazırlanaraq əsas icraçı qurumların rəylərinin əldə olunması üçün Nazirlər Kabinetinə göndərilməsi nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bunu AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, Milli İxrac Strategiyası sentyabrın sonunda Nazirlər Kabinetinə təqdim olunacaqdı.

"Pandemiya səbəbindən proses təxirə salındı. Beşillik strategiya Avropa İttifaqı ekspertlərinin iştirakı ilə hazırlanır. Məqsəd 2025-ci ilin sonunadək qeyri-neft ixracını artırmaqdır. Milli İxrac Strategiyası Azərbaycanda ixraca yönəlmiş iqtisadi inkişafın, o cümlədən ixracın təşviqi və hüquqi tənzimlənməsinin, həmçinin şirkətlərin ixraca istiqamətləndirilməsi üçün əsas siyasət çərçivəsini müəyyən edəcək" deyə Y.Abdullayev bildirib.

 

Вся лента