Ötən il Azərbaycan 9 lokomotiv alıb

17:12 - 24.02.2021


24 fevral, Fineko/abc.az. Azərbaycan 2020-ci ildə ümumilikdə 60 milyon 720 min dollar dəyərində lokomotiv alıb.

ABC.AZ “İnterfaks-Azərbaycan”-a istinadən xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.

“2020-ci ildə Azərbaycan 9 ədəd dəmir yolu lokomotivi alıb. Lokomotivlərin hamısı Qazaxıstandan alınıb”, - deyə məlumatda bildirilir.

Azərbaycan 2019-cu ildə ümumilikdə 101 milyon 498 min dollar dəyərində 17 ədəd lokomotiv alıb.

Lokomotivlər Fransa və Qazaxıstandan tədarük edilib. Xüsusilə Fransadan 43 milyon 274 min dollar dəyərində 8, Qazaxıstandan 58 milyon 224  min dollar dəyərində 9 ədəd lokomotiv alınıb.

 

Вся лента