Qeyri-neft sektoru üzrə əsas qeyri-dövlət ixracatçı şirkətlər açıqlanıb

16:32 - 1.03.2021


1 mart, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında aparıcı şirkətlərin adlarını açıqlayıb.

ABC.AZ İİTKM-in “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, 2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil olan şirkətlər "MKT İstehsalat Kommersiya" MMC, "Almeyvə" MMC, "Baku Steel Company", "Critical Fruit" MMC, “Aqrovest” MMC, "Sun Food" MMC, "Land Lojistic" MMC, "P-Aqro" MMC, "Metal Trader LTD" MMC və "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC-dir.

 

Вся лента