Petkim proqnozları üstələyib - Mənfəəti artıb

10:37 - 3.03.2021


3 mart, Fineko/abc.az. SOCAR-ın böyük payçı olduğu "Petkim" şirkətinin 2020-ci ildə xalis mənfəəti 1,07 milyard TL təşkil edib.

ABC.AZ xəbər verir ki, bu isə proqnozları xeyli  çox üstələmə deməkdir.

Belə ki, sözügedən şrkətin 2020-ci ili 739,1 milyon TL xalis mənfəət ilə başa vuracağı gözlənilirdi.

"Petkim"in 2020 ildə satışları da analitiklərinin proqnozunun üzərində reallaşıb və 11,38 milyard TL-lik proqnoza qarşılıq 12,13 milyard TL olub.

Müəlif: Elmir Murad

 

Вся лента